15:16 - 23.10.2023
23 oktyabr, Fineko/abc.az. Azərbaycan Energetika Nazirliyi “Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması ilə bağlı Texnki İqtisadi Əsaslandırma”nın hazırlanması üzrə iş və xidmətləri üçün tender keçirir.
Tenderdə iştirak haqqı 2500 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 01.12.2023 15:00 qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova, [email protected]