“Araz Supermarket” MMC yenə cərimə edilir - Protokol yazıldı

16:54 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. “Araz Supermarket” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokol tərtib edilib.

ABC.AZ xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə protokol yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nəsimi rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Solmaz Mustafayevadır. 

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.