"Rövşən Oğuz Qrup" MMC qaydaları pozdu - Məhkəməlik oldu

16:41 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.  "Rövşən Oğuz Qrup" MMC gömrük qaydaları əleyhinə olan (malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.

 İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə  malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 31.10.2023-cü il, saat 09:10-a təyin edilib.