15:11 - 19.10.2023
19 oktyabr, Fineko/abc.az. Dünyanın ən böyük çip istehsalçısı Çində yerləşən beynəlxalq sənaye istehsalı şirkəti olan Hon Hai/Foxconn Group-un “süni intellekt fabrikləri” quracağı açıqlanıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, "Nvidia" şirkətidir. Sözügedən məsələ barədə məlumat verən şirkətin baş direktoru Jensen Huang və "Foxconn" sədri Young Liu bunu Taypeydə "Foxconn"un illik texnologiya sərgisində görüş zamanı bildiriblər.
Şirkət nümayəndələri birlikdə “süni intellekt fabrikləri” quracaqlarını və bu fabriklərin Nvidia-nın çiplərindən istifadə edərək tətbiqləri inkişaf etdirəcək bir məlumat mərkəzi növü olacağını qeyd ediblər.
Bildirilib ki, yaradılan yeni mərkəzlər avtonom nəqliyyat vasitələri, robot platformalar və iri dilli modellər üzrə təlimləri əhatə edəcək.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026