14:12 - 19.10.2023
19 oktyabr, Fineko/abc.az. Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” işçilərinin 16%-ni ixtisar etməyi düşünür.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət bunu xərclərin azaldılması proqramı çərçivəsində həyata keçirməyi düşünür.
Ümumilikdə, “Nokia” 2026-cı ilin sonuna kimi xərcləri 0.8-1.2 milyard avro azaltmağı, o cümlədən hazırkı 86 000 nəfərdən 9 000-14 000 işçini ixtisar etməyi gözləyir.
“Ən çətin iş qərarları işçilərimizə təsir edən qərarlardır. “Nokia”nın son dərəcə istedadlı insanları var və biz bu prosesdən təsirlənən hər kəsə dəstək verəcəyik”, – deyə şirkətin prezidenti və baş direktoru Pekka Lundmark bildirib.
Lundmark “Reuters”ə şərhində bildirib ki, “Nokia”nın Şimali Amerika bazarında satışları üçüncü rübdə 40% azalıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026