“Nokia” işçilərinin 16%-ni ixtisar edəcək 

14:12 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.  Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” işçilərinin 16%-ni ixtisar etməyi düşünür.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət bunu xərclərin azaldılması proqramı çərçivəsində həyata keçirməyi düşünür.

Ümumilikdə, “Nokia” 2026-cı ilin sonuna kimi xərcləri 0.8-1.2 milyard avro azaltmağı, o cümlədən hazırkı 86 000 nəfərdən 9 000-14 000 işçini ixtisar etməyi gözləyir.

“Ən çətin iş qərarları işçilərimizə təsir edən qərarlardır. “Nokia”nın son dərəcə istedadlı insanları var və biz bu prosesdən təsirlənən hər kəsə dəstək verəcəyik”, – deyə şirkətin prezidenti və baş direktoru Pekka Lundmark bildirib.

Lundmark “Reuters”ə şərhində bildirib ki, “Nokia”nın Şimali Amerika bazarında satışları üçüncü rübdə 40% azalıb.