12:04 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. "X” sosial şəbəkəsi daha bir yeniliyə imza atmağa başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən yenilik illik 1 dollara ödənişli abunə tədbirləridir. Şirkət artıq bu yeniliyi sınaqdan keçirir. Məlumata görə, bu, şirkətə botlarla mübarizə aparmağa kömək edəcək.
Yeni abunə təqdim edilməsində məqsəd botlar və spam göndərənlərlə mübarizə aparmaqdır. Qiymətlər məzənnədən asılı olaraq dəyişəcək. Abunə artıq Yeni Zelandiya və Filippində işləməyə başlayıb.
Xatırladaq ki, “X” sosial şəbəkəsində premium abunə indi ayda 7.99 dollara başa gəlir. Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026