“Apple” şirkəti rus tərtibatçıları üçün bunu etməyə icazə verdi

14:55 - 17.10.2023


17 oktyabr,  Fineko/abc.az. “Apple” şirkəti rus tərtibatçılarına üçüncü tərəf ödəniş sistemlərini iOS və iPadOS üçün tətbiqlərinə inteqrasiya etməyə icazə verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, üçüncü tərəf ödəniş sistemlərindən istifadə etməklə satınalmalar üçün “Apple” 30% deyil, 27% komissiya tutacaq.

Şirkətdən verilən açıqlamada qərarın məhkəmənin qərarı ilə bağlı verildiyi bildirilib. Söhbət 2022-ci ilin iyulunda “Apple”ın antiinhisar qanunlarını pozmaqda təqsirli bilinməsindən gedir.

“Apple”ın mesajında ​​vurğulanır ki, üçüncü tərəf ödəniş sistemlərindən istifadə etmək imkanı yalnız Rusiyadan olan tərtibatçılar üçün əlçatandır. Üçüncü tərəf ödəniş sistemlərinin qeyd edilməsi şirkətin tələblərinə uyğun olmalıdır.