12:02 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. “Netflix” abunəçi sayının gündən-günə azalmasından narahat olmağa başlayıb. Bu səbəbdən şirkət artıq abunə sayını artırmaq üçün bir çox addımlar atmağa başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, təkcə serial və filmlər təqdim etməklə abunəçi cəlb etməyin kifayət etmədiyini anlayan şirkət oyun dünyasına da daxil olub.
Belə ki, şirkət son aylarda oyun sayını 70-ə çatdıran “Netflix”, portfelinə yeni oyunlar əlavə etmək üçün işlərini davam etdirir. Yeni məlumata görə, şirkətin oyun dünyasında sürətli yüksəlişi davam edir.
Keçən ilin sentyabrında 30,4 milyon endirilən “Neflix Games”, 2023-cü ilin sentyabrında 131% artaraq 70,5 milyon yükləməyə çatdı. Bu məlumatlar şirkətin məqsədlərinə doğru uğurla irəlilədiyini göstərir.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026