“Toyota Motor Company” Yaponiyadakı zavodlarda fəaliyyətini dayandırdı

10:59 - 17.10.2023


17 oktyabr, Fineko/abc.az.  “Toyota Motor Company” Yaponiyadakı 6 zavodda fəaliyyətini müvəqqəti dayandırıb.

ABC,AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət işini komponentlərin çatdırılmasında yaranan problemlərə görə dayandırmağa məcbur olub. Fəaliyyətin dayandığı zavodlardan biri Fujiokada yerləşir. Burada komponentlər istehsal edən “Chuo Spring” zavodunda baş verən partlayış nəticəsində hissələrin təchizatında fasilə yaranıb. İşin bərpası ilə bağlı qərar oktyabrın 17-də günortadan sonra veriləcək.

Şirkətdən verilən məlumata görə, “Chuo Spring” zavodunda partlayış oktyabrın 16-da baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Elmir Murad