10:47 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortası üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini noyabrın 3-ü, saat 12:00-a qədər DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.