Azərbaycana elektromobil idxalı 7 dəfə artıb - Hesabat

10:22 - 17.10.2023


17 oktyabr Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 85 milyon 882 min dollar dəyərində 2 118 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istindən xəbər verir ki, elektrik avtomobillərinin idxalı dəyər ifadəsilə 8,5 dəfə, miqdar ifadəsilə 7 dəfə artıb. 

2022-ciilin müvafiq dövründə Azərbaycana 10 milyon 142,68 min dollar dəyərində 301 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilmişdi.