Naxçıvanda bütün avtobuslar nağdsız ödənişlərə keçəcək

14:16 - 13.10.2023


13 oktyabr, Fineko/abc.az. 2023-2024-cü illərdə Naxçıvan şəhərində bütün avtobuslarda nağdsız ödənişlərə keçiləcək.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev  deyib.

Bildirib ki, Naxçıvan MR-da qarşıda duran əsas məsələ nağdsız ödənişlərin inkişaf etdirilməsidir.

"Mərkəzi Bankın razılığı və tapşırığı əsasında ictimai nəqliyyatın nağdsız ödənişə keçməsi istiqamətində işlərə başlanıb. Pilot layihə olaraq Naxçıvan şəhərində bir avtobusda nağdsız ödəniş həyata keçirilir. Bir neçə banka təkliflər verməsi ilə bağlı müraciət edilmişdi. “Azər-Türk Bank” tərəfindən təqdim edilən layihə bəyənilib və tətbiqinə başlanılıb. İki manata kart alınan zaman onun bir manatı hesaba oturur. Lakin istənilən bank, pensiya, xarici bank kartı ilə də ödəniş edilə bilər".

Elçin Əliyev  oktyabr ayında bu sistemin Naxçıvan şəhərinin bütün avtobuslarda tətbiq ediləcəyini qeyd edib.