12:28 - 12.10.2023
12 oktyabr, Fineko/abc.az. Minimum əməkhaqqının ən yüksək olduğu ölkələrin reytinqi məlum olub.
ABC.AZ xəbər verir ki, sözügedən araşdırmanı “World of Statistics” aparıb.
Araşdırmaya görə, ən çox əməkhaqqı Lüksemburqdadır. Burda minimum aylıq əməkhaqqı 2140 dollardır.
Minimum aylıq əməkhaqqının ən yüksək olduğu ölkələri sizə təqdim edirik:
1. Lüksemburq – 2140 dollar
2. Avstraliya – 2022 dollar
3. Hollandiya – 1895 dollar
4. Yeni Zelandiya – 1866 dollar
5. İrlandiya – 1753 dollar
6. Böyük Britaniya – 1705 dollar
7. Almaniya – 1594 dollar
8. ABŞ – 1550 dollar
9. Kanada – 1545 dollar
10. Belçika – 1509 dollar
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026