Dəmir yolları ilə daşınan sərnişinlərin sayı 46% artıb

14:58 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dəmir Yollarına məxsus qatarlarla 4 milyon 915 min 493 sərnişin daşınıb.

ABC.AZ Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, cari ilin sentyabr ayında 631 min 204 sərnişin qatarlarla səyahət edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% çoxdur.