10:01 - 10.10.2023
10 oktyabr, Fineko/abc.az. Rusiyanın "Moskviç" şirkəti yeni "Moskvich 6" liftback modelinin qiymətlərini açıqlayıb.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobil iki komplektasiyada təqdim olunacaq və bunlar"Konfort" və “Biznes”dir.
Qeyd edək ki, "Moskvich 6" modelinin "Konfort" versiyanın qiyməti 2 626 000 rubl (cari məzənnə ilə 44 min 650 manat, “Biznes” versiyasının qiyməti 2 826 000 rubl (cari məzənnə ilə 48 min manat) təşkil edir.
“Moskviç 6” modeli 136 at gücü hasil edən 1,5 litrlik benzin turbomühərriki ilə təchiz olunur.
Daha sonra 174 at güclü GDI turbo mühərrikli versiya satışa çıxarılacaq.
17 Avqust 2026
15 Avqust 2026