Azərbaycanda binalar Yaponiya təcrübəsi əsasında tikilə bilər

17:23 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. Azərbaycan zəlzələyə davamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMIA) Baş katibi Şahanə Sarı Yaponiyanın “Pacific Co” Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi ilə birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məqsədlə Yaponiya şirkətinin nümayəndələri Azərbaycandadırlar: “Azərbaycanda zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsi ilə bağlı yerli şirkətlərə məlumatlar veriləcək”.

Ş.Sarı deyib ki, assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi va sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.