“Skoda” yeni avtomobilini təqdim edib

12:33 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. “Skoda” Berlində keçirilən təqdimatı ilə böyük diqqət çəkən SUV modeli “Kodiaq”ın yeni versiyasını bizə təqdim etdi.

ABC.AZ İndex-ə istinadən xəbər verir ki, “2024 Skoda Kodiaq” həm dizayn, həm də performans baxımından yeniliklərlə gəlir.

Şirkət yeni avtomobilin qiymətini açıqlamayıb. Bildirilib ki, avtomobil gələn ilin əvvəlində satışa çıxarılacaq.

Fotolardan da göründüyü kimi, “Skoda” yeni nəsil “Kodiaq”ın eksteryer dizaynını yeniləyib. Avtomobil indi daha dəbli, güclü və müasir görünüşə malikdir.

Avtomobilin uzunluğu 4,7 metrdir. Bu, onu indiki “Kodiaq”dan 61 mm uzun edir. Təkər bazası 2,9 metrdə dəyişməz olaraq qalır.