10:47 - 5.10.2023
5 oktyabr, Fineko/abc.az. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 5-də Prezident İlham Əliyevə zəng edib.
ABC.AZ xəbər verir ki, telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.
Dövlətimizin başçısı Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026