10:20 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 faiz artaraq 872,8 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən ABC.AZ-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516,4 milyon manat olub.
Bu da ümumi dövriyyənin 59,2 faizini təşkil edib.
18 Avqust 2026