10:06 - 21.09.2023
21 sentyabr, Fineko/abc.az. Avtomobil və mobillik dünyasının ən böyük qruplarından biri olan “Stellantis” şirkəti sənayenin elektrik gələcəyinə sərmayə qoymağa davam edir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Stellantis”, elektrikləşdirmə keçidini idarə etmək və “Dare Forward 2030” strateji planının iddialı öhdəliklərini yerinə yetirmək üçün bütün dünyada mühəndislik və istehsal müəssisələrini dəyişdirir.
Bununla bağlı “Stellantis” İtaliyanın Turin şəhərindəki “Mirafiori” kompleksində yerləşən 40 milyon avro dəyərində qabaqcıl texnologiyaya sahib “Batareya Texnologiyası Mərkəzi”ni açıb.
17 Avqust 2026
15 Avqust 2026