16:17 - 19.09.2023
19 sentyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-ci ilin 2-ci rübündə işçilərinin sayı 4.341 nəfər olub.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat ADY-nin təqdim etdiyi hesabatda öz əksini tapıb.
Məlumatda qeyd edilib ki, bu ilin 1-ci rübü ilə müqayisədə isə işçilərin sayında 84 nəfər və ya 2% azalma var.
Qeyd edək ki, 2023-cü ilin 1-ci rübü üzrə hesabatda işçilərin sayı 4 425 nəfər olaraq qeyd edilib.
14 Avqust 2026