Ermənistanın Xankəndidəki “Tor" zenit-raket kompleksi məhv edildi - VİDEO

14:59 - 19.09.2023


19 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Ordumuz lokal antiterror əməliyyatına başlayıb. Xankəndi şəhərində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinə məxsus “Tor” zenit-raket kompleksi məhv edilib.

ABC.AZ həmin görüntünü təqdim edir.

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.