17:08 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. Türkiyədən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi açıqlanıb.
ABC.AZ xəbər verir ki, 2023-cü ilin birinci yarısında qardaş ölkədən Azərbaycan iqtisadiyyatına 575.68 milyon ABŞ dolları vəsait yönəldilib.
Bu da 2022-ci ilin eyni dövründən 94.89 milyon dollar və ya 20 faiz çoxdur.
Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan sonra Azərbaycan iqtisadiyyatına investisiya yatıran ikinci ən böyük ölkədir.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026