16:57 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 547,7 milyon manat vəsait xərclənib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında öz əksini tapıb. Qeyd edilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 533.3 milyon manat çoxdur.
2022-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 14,4 milyon manat vəsait xərclənib.
Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,3 faiz bəndi azdır.
Qeyd edək ki, 2022-ci ildə bu görətərici 13.0% olmuşdu.
17 Avqust 2026
15 Avqust 2026