15:57 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Aİ və Avro Bölgəsinin beynəlxalq ticarət məlumatlarını dərc edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Aİ-nin ixracı iyulda ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq 205,2 milyard avroya, idxal isə 21,5 faiz azalaraq 200,3 milyard avroya çatıb.
İyulda AB-nin xarici ticarət müsbət saldosu 4,9 milyard avro olaraq təyin olunub.
Avrozonada ixrac iyulda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq 227,8 milyard avroya, idxal isə yüzdə 18,2 azalaraq 221,3 milyard avroya çatıb. Beləliklə, Avro Bölgəsinin ticarət profisiti iyulda 6,5 milyard avro olaraq qeyd edildi.
17 Avqust 2026
15 Avqust 2026