10:40 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. Ən yüksək maaşlı peşələrin siyahısı hazırlanıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, hazırda Amerika universitetlərində mühəndislik ixtisasları ənənəvi olaraq ən yüksək maaşlı hesab olunur.
Tədqiqatçılar müxtəlif sahələr üzrə məzunların maaşlarını müqayisə edərək onlardan hansının ən çox maaş aldığını müəyyən ediblər.
Şirkət hansı universitet məzunlarının ildə orta hesabla 100 min dollar qazandığını müəyyən edib. Kompüter mühəndisliyi istisna olmaqla, ən yüksək maaş alan 10 peşəni sizə təqdim edirik:
əczaçılıq, əczaçılıq elmləri və menecment – 100 min dollar;
kompüter elmləri – 100 min dollar;
fizika – 90 min dollar;
idarəetmə informasiya sistemləri və statistika – 89 min dollar;
tibbi təhsil (sağlamlıq və tibbi hazırlıq proqramları) – 87 min dollar;
tətbiqi riyaziyyat – 85 min dollar;
iqtisadiyyat – 85 min dollar;
nəqliyyat elmi və texnologiyası – 85 min dollar;
statistika və qərarlar nəzəriyyəsi (qərar vermə elmi) – 84 min dollar;
informasiya elmləri – 84 min dollar.
Müəllif: Elmir Murad