09:30 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. Ötən sessiyada artımdan sonra neftin etalon markalarının qiymətləri cümə günü hərracda yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı noyabr neft fyuçerslərinin qiyməti saat 09:27-ə qədər $0,72 (0,77%) artaraq bir barel üçün $94,42-ə çatıb. Sentyabrın 14-də Brent markalı neftin noyabr fyuçersləri $1,82 (1,98%) artaraq bir barel üçün $93,70-ə çatıb.
Saat 09:27-ə qədər Nyu–York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,77 (0,85%) artaraq bir barel üçün $90,93-ə çatıb. 14 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $1,64 (1,85%) artaraq bir barel üçün $90,16-ə çatıb.
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026