Azərbaycan ABŞ iqtisadiyyatına investisiya yatırımının həcmini 72% artıb

12:25 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin ilk yarısında Amerika Birləşmiş Ştatları iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmini öncəki illə müqayisədə artırıb.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ilin ilk 6 ayında bu ölkənin iqtisadiyyatına 56 milyon 230 min dollarlıq birbaşa investisiya yönəldib.

Bu da illik müqayisədə 23 milyon 544 min dollara və ya 72% çoxdur.

ABŞ-dən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyanın həcmi isə 109 milyon 482 min dollar və ya 42% azalaraq 79 milyon 778 min dollar olub.