Azərbaycanlının yaratdığı startap 1.5 milyon dollar investisiya aldı

15:16 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Azərbaycan startapçısı Bayazid Məlikovun həmtəsisçisi olduğu Tailbox startapı 1.5 milyon dollar investisiya alıb. Yeni qurulan startap süni intellekt ilə səyahət planlaması təqdim edir.

ABC.AZ xəbər verir ki, Bayazid Məlikov və Eduardo Schuch tərəfindən startap 2023-cü ildə ildə qurulub.

Tailbox-un əsas məqsədi Generativ Süni İntellektdən istifadə edərək səyahət planlamasını optimallaşdırmaqdır.

Startap daha az tanınan saytları üzə çıxarmaqla səyahətçiləri ziyarət etdikləri yerlərlə daha dərindən əlaqələndirməklə hər bir səyahət təcrübəsini zənginləşdirməyi hədəfləyir.

Tailbox maraqlardan (tarix, yemək, memarlıq və ya folklordan) aslı olaraq xüsusiləşmiş səyahət planlamasını süni intellekt əsasında təmin edir.