14:34 - 13.09.2023
13 sentyabr, Fineko/abc.az. Cəbrayılda tikintisi planlaşdırılan 230 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası işə düşdükdən sonra BP şirkəti Azərbaycana verdiyi səmt qazının həcmini artıracaq.
ABC.AZ xəbər verir ki, bu barədə BP şirkətinin Səngəçal terminalında hasilat işləri üzrə rəhbəri İbrahim Terequlov bildirib.
İ.Terequlov qeyd edib ki, səmt qazının həcminin artmasına səbəb sıfır karbon emissiyası tələbinə əməl edilməsidir:
“Hazırda Səngəçal ərazisində gücü 22 MVA olan 7 turbin var. Onlardan 5-i “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunu, 1-i “Şahdəniz 1″i, 1-i isə “Şahdəniz 2″ni elektrik enerjisi ilə təmin etmək üçündür.
Cəbrayıldakı günəş elsktrik stansiyası işə düşdükdən sonra biz elektrik enerjisini “Azərenerji” ASC-dən alacağıq”.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026