Azərbaycana daxil olan pul baratları 45% azalıb - Mərkəzi Bankın departament direktoru

12:30 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycana daxil olan pul baratları 45% azalaraq 891 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

"Ölkədən çıxan pul baratlarının həcmi 254,5 milyon ABŞ dolları olub. Ölkəyə pul baratlarının 68 %-i Rusiyadan gəlib, ikinci yerdə 70,7 milyon ABŞ dolları ilə Türkiyə qərarlaşıb. Ölkədən çıxan pul baratlarında birinci yerdə Türkiyə (64,6 milyon ABŞ dolları), ikinci yerdə Rusiya (38,5 milyon ABŞ dolları) olub", - S. Nəsirov deyib.

Onun sözlərinə görə, ümumilikdə pul baratlarında profisit 2022-ci ilin 6 ayı ilə müqayisədə 51 % azalıb.