11:57 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. Getmə turizminin inkişafına mənfi təsir edən amillərdən biri aviabiletlərin qiymətinin yüksək olmasıdır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkil etdiyi tədbirdə ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib. Onun sözlərinə görə, biletlərin qiyməti pandemiyadan sonra daha da artıb:
“Bu gün aviabiletlərin qiymətinin yüksək olması, təəssüf doğurmaya bilməz. Mən xüsusilə koronavirus pandemiyasından sonra biletlərin qiymətinin daha da artmasına diqqət çəkmək istərdim. Pandemiyadan əvvəlki dövrə nəzər salsaq, hazırkı qiymətlərdə kəskin artım açıq-aşkar müşahidə olunur. Bu məsələ də turistlərin sayının artırılmasında yerli turizm şirkətlərinə böyük çətinliklər yaradır”.
O deyib ki, turizm sahəsində ən çox narahat edən məsələlərdən biri vizaların verilməsi ilə bağlıdır:
“Avropa ölkələrinin viza müraciətlərinə nəzər yetirsək, bəzi ölkələrin digərlərinə nisbətdə daha çətin viza verdiyini müşahidə edə bilərik. Bir sıra hallarda lazımi sənədlərdən başqa, əlavə sənədlərin də tələb olunduğunun şahidi oluruq. Bəzən viza rüsumunun ödənilməsindən sonra, əlavə xidmət haqqı tutulur. Görüş günü ilə də bağlı sıxıntılar hələ də qalmaqdadır”.
13 Avqust 2026
13 Avqust 2026
14 Avqust 2026