15:26 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Eldar Məmmədov vəzifəsindən azad edilib.
ABC.AZ xəbər verir ki, şirkətə rəhbərlik Məhəmməd Musayevə həvalə olunub.
Xatırladaq ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 271,1 milyon manatdır.