11:34 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının tikintisi ilə bağlı sorğu elan edilib.
ABC.AZ-ın məlumatına görə, sözügedən sorğu Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti və Təchizat İdarəsi tərəfindən təkliflər sorğusu kimi artıq irəli sürülüb.
İddiaçıların təklifləri cari ilin sentyabrın 22-i saat 11.00-a qədər qəbul olunacaq, zərflər isə sentyabrın 25-i saat 11.00-da açıqlacaq.
Sorğuda iştirak haqqı 3 min manatdır.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026