09:55 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Ötən həftənin nəticələrinə görə yüksəldikdən sonra bazar ertəsi keçirilən ticarətdə neftin etalon markalarının qiyməti aşağı düşür.
Londonun ICE Futures birjasında Brent markalı noyabr neft fyuçerslərinin qiyməti saat 09:51-ə qədər $0,06 (0,07%) azalaraq bir barel üçün $90,59-a düşüb. Sentyabrın 8-də Brent markalı neftin noyabr fyuçersləri $0,73 (0,81%) artaraq bir barel üçün $90,65-a çatıb.
Saat 09:51-ə qədər Nyu – York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,35 (0,40%) azalaraq bir barel üçün $87,16-a düşüb. 8 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,64 (0,74%) artaraq bir barel üçün $87,51-ə çatıb.
Ötən həftənin nəticələrinə görə, Brent 2,37%, WTI isə 2,29% bahalaşıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026