15:57 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. Bu il yanvar-avqust aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 milyard 929,432 milyon manat təşkil edib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 49,7 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 42,7 % artaraq 7 898 olub.
BFB-nin dövriyyəsinin 39,9 %-i, yaxud 5 milyard 155,747 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,9 % çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 44,9 % artaraq 899,638 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 2,1 dəfə artaraq 6 milyard 874,046 milyon manat olub.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026