11:52 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında Qazaxıstan üzərindən Transxəzər marşrutu (Orta Dəhliz) üzrə yük daşımalarının həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə təqribən 1,9 dəfə artaraq 1,6 milyon tona çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Qazaxıstan temir jolı” milli nəqliyyat-logistika holdinqinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, bununla belə, qeyd olunan müddət ərzində Qazaxıstanın ixracı 2,5 dəfə artaraq, 1,2 milyon tona çatıb.
Transxəzər marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçir. 2023-cü ildə Transxəzər marşrutu üzrə yük daşımalarının həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 17,6 faiz artaraq 2 milyon tona çata bilər. 2025-ci ilə qədər marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatması gözlənilir.
13 Avqust 2026
13 Avqust 2026
14 Avqust 2026