10:55 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. Dünəndən etibarən "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən ödəniş edə bilərlər.
Hələlik sərnişinlər bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
ABC.AZ xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bir ay texniki məşvərətlər, yoxlamalar, sərnişin məmnuniyyətinin hesablanması və digər məsələlərə baxıldıqdan sonra "Avtovağzal", "Memar Əcəmi", sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında da bu sistemin tətbiqinə başlanılacaq.
"Telefon hər zaman üstümüzdə olduğundan plastik kartı almağa və üstümüzdə gəzdirməyə ehtiyac yoxdur", - deyə o qeyd edib
Qeyd edək ki, “BakıKart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, QR yaradın düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır.
14 Avqust 2026
14 Avqust 2026