12:13 - 6.09.2023
6 sentyabr, Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına Gürcüstanın “Georgia Wings” aviadaşıyıcısı da əlavə olunacaq.
ABC.AZ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da həyata keçəcək. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək.
Qeyd olunur ki, yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq.
14 Avqust 2026