15:20 - 31.08.2023
31 avqust, Fineko/abc.az. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Ağdaş, Göyçay, Yevlax, Qəbələ və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri üçün tender keçirir.
Tenderdə iştirak haqqı 350 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 21.09.2023 15:00 qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Əliyeva Sehranə, Telefon: 0124314745