12:39 - 30.08.2023
30 avqust, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 7%-ə yaxın artıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə ödənişlər 10 milyon 167,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 646,8 min manat və ya 6,8% çoxdur.
2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 9 milyon 520,8 min manat təşkil edib.