Azərbaycan bu nəqliyyatla sərnişin daşımalarından 637 milyon 512,5 min manat gəlir əldə edib

10:54 - 25.08.2023


25 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan hava nəqliyyatı ilə sərnişin daşımalarından 637 milyon 512,5 min manat məbləğində gəlir (artım 46,8%) əldə edilib.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, gəlirlərin əsas həcmi - 613 milyon 176,6 min manatı (artım 54%) beynəlxalq sərnişindaşımaların, 24 milyon 335,9 min manatı (azalma 32,9%) daxili sərnişindaşımaların payına düşüb.

2023-cü ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 166,8 min ton (azalma 32,1%), sərnişin daşımalarının həcmi 1 milyon 233,4 min nəfər (artım 49,6%) təşkil edib.

Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 4 milyard 904 milyon 809,7 min manat (artım 51,4%), o cümlədən yükdaşımalardan 3 milyard 642 milyon 937,9 min manat (artım 12,4%), sərnişindaşımalardan isə 1 milyard 261 milyon 871,8 min manat gəlir (artım 98,7%) əldə edib.