10:22 - 24.08.2023
24 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 5-nin isə yığımları azalıb.
ABC.AZ "Renkinq" ə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 7 ay ərzində 18,618 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,9 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Günay Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 4,301 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,4% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 40,7% azalaraq 13,447 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 1% azalaraq 10,955 milyon manata düşüb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026