15:52 - 23.08.2023
23 avqust, Fineko/abc.az. “Azsığorta” ASC-nin 2023-cü ilin yanvar-iyul ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ xəbər verir ki, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-iyul ayında 5.376 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 1.705 mln. manat və ya 24% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 7.081 mln. manat təşkil etmişdir.
Qeyd edək ki, “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.
Müəllif: Elmir Murad
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026