16:46 - 16.08.2023
16 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında “PAŞA Həyat Sığorta” ASC 281,8 milyon manat sığorta haqqı toplayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,4% çoxdur.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, son 1 ildə şirkətin sığorta ödənişi isə 58,8% artaraq 113,4 milyon manat olub.