17:00 - 14.08.2023
14 avqust, Fineko/abc.az. Bakıda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 322,9 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 41,9 faiz azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 81,2 faiz artım müşahidə edilib.
Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir.
Qeyd edilir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə metaldan konstruksiyaların istehsalı 85,1 faiz, alüminium məmulatların istahsalı 2,8 faiz, izolyasiyası olmayan çoxnaqilli məftil, tros və kabellərin istehsalı 24,0 faiz artıb, armaturun istehsalı isə 30,5 faiz azalıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026