Daşınmaz əmlakın icbari sığortası bazarı böyüyüb

17:15 - 10.08.2023


10 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 56,1 milyon manat sığorta haqqı toplanılıb. 

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki,   bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,9% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 4 dəfə artaraq 2,2 milyon manat olub.