Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib - Foto

15:13 - 7.08.2023


7 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 7-də Bərdə rayonuna səfər edib.

ABC.AZ  xəbər verir ki, Prezident  Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.