Prezident  Qazax rayonuna səfər edib

10:00 - 7.08.2023


7 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.